“Rusiyanın bombaladığı şəhər üzr istəmir”... - Qoridə aksiyalar davam edir

Qorinin mərkəzi meydanında vətəndaş fəalları və müxalif siyasi partiyaların nümayəndələrinin etiraz mitinqi davam edir.

Bizimxeber.az bildirir ki, mitinqin əsas mesajı olduqca maraqlı olub. - “Rusiyanın bombaladığı şəhər üzr istəmir”...

Artıq bir həftədir ki, şəhərdə etiraz mitinqləri davam edir, iştirakçılar hər gün Qorinin əsas meydanına toplaşır.

Bu gün aksiya iştirakçılarına kitab nəşriyyatları da qoşulub. Zviad Kvaratsxeliya və Qvantsa Jobava Qoriyə kitablar və etirazlar zamanı həbs edilən Zviad Tsetsxladzenin həbsxanada nəşr olunan “101-ci kamera” qəzetini gətiriblər.

Aksiya iştirakçıları Avropa etirazları zamanı saxlanılanların azadlığa buraxılmasını və Gürcüstanda yeni seçkilərin keçirilməsini tələb edirlər.

Tbilisidə, Rustaveli prospektində eyni tələblərlə etiraz aksiyaları 74-cü gündür ki, davam edir.

Tbilisidə və Gürcüstanın digər şəhərlərində də vətəndaşlar “Gürcü Arzusu”nun 2024-cü il noyabrın 28-də qəbul etdiyi qərara etiraz edirlər, ona görə də Avropa İttifaqına üzvlüklə bağlı danışıqların başlanması məsələsi artıq növbəti dörd il ərzində gündəmə gətirilməyəcək.