Rusiya ilə Belarus arasında nüvə silahlarının ikinci ölkədə saxlanması ilə bağlı rəsmi razılıq əldə olunub.
Bizimxeber.az Rusiya KİV-lərinə istinadən bildirir ki, müdafiə naziri Sergey Şoyqu Belarusa rəsmi səfər edərək Rusiyanın nüvə silahlarının Belarusda saxlanması prosedurunu müəyyən edən sənədləri imzalayıb.
"Görüş zamanı Rusiyanın qeyri-strateji nüvə silahlarının Belarus Respublikası ərazisindəki xüsusi anbarda saxlanması qaydasını müəyyən edən sənədlər də imzalanıb".
Bu arada "Current Time" yazıb ki, Şoyqu görüş zamanı nüvə silahının istifadəsi və nəzarəti ilə bağlı qərarın Rusiyada qalacağını vurğulayıb: "Rusiya nüvə silahını Belarus Respublikasına vermir. Onlara nəzarət və onların istifadəsi ilə bağlı qərar Rusiya tərəfində qalır”. deyə məlumatda qeyd olunur.
Bildirilir ki, anbarların tikintisi bu ilin iyulun 1-dək başa çatdırılmalılıdır. Həmçinin Moskva Belarusda taktiki nüvə silahı daşıya bilən 10 təyyarə də yerləşdirib.