Rusiyanın 200 milyard avroluq aktivləri müsadirə olunacaq - Financial Times

Fransa Moskvanın potensial atəşkəsi pozacağı təqdirdə Avropada dondurulmuş Rusiyanın qiymətli kağızlarına həbs qoyulmasını təklif edib.

Bizimxeber.az bildirir ki, bu barədə "Financial Times" yazıb. 

Qeyd olunur ki,  uzun müddətdir ki, Aİ-də saxlanılan aktivlərin tam miqyasda ələ keçirilməsinə qarşı çıxan Fransa və Almaniya hazırda Böyük Britaniya və digər ölkələrlə onlardan istifadə yollarını müzakirə edir. Müsadirə 200 milyard avrodan çox olan aktivlərə adiddir.

Fransanın təklifi ilə tanış olan iki nəfər digər Avropa ölkələrinin bunu müsbət qarşıladığını, lakin variantın razılaşdırılmaqdan uzaq olduğunu bildirib. Fransa prezidenti Emmanuel Makronun mətbuat katibi bu məlumatı şərh etməkdən imtina edib. Makron fevralın 24-də ABŞ prezidenti Donald Trampla danışıqlar zamanı bildirib ki, pul məsələsi “müharibənin sonunda danışıqların bir hissəsi ola bilər”.

Diğər məlumatlara görə, Almaniyanın gələcək kansleri Fridrix Merz aktivlərə həbs qoyulması təklifini dəstəkləməyi nəzərdən keçirəcəyini bildirib. Böyük Britaniyanın baş naziri Keir Starmer də bildirib ki, Rusiya aktivlərindən istifadə çox mürəkkəb məsələdir: "Bu, asan deyil. Amma düşünürəm ki, biz daha çox cəhd etməliyik və biz ən azı digər ölkələrlə imkanları araşdırmaq üçün daha çox səy göstəririk". 

Rusiya aktivlərinin taleyi ilə bağlı danışıqlar Fransa və Böyük Britaniyanın rəhbərlik etdiyi Ukrayna üçün sülh planının hazırlanması fonunda aparılır. 

Qeyd edək ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Rusiya Mərkəzi Bankının 300 milyard avroluq aktivləri G7 üzvləri tərəfindən dondurulub. Aktivlərin böyük hissəsi – təxminən 190 milyard avro dəyərində – Belçikanın mərkəzi qiymətli kağızlar depozitarisi olan Euroclear-da saxlanılır. Daha kiçik məbləğlər Fransa, Böyük Britaniya, Yaponiya, İsveçrə və ABŞ-da da saxlanılır.

Hazırda aktivlərdən əldə edilən gəlir, əsasən dövlət istiqrazları və nağd pul formasında G7 ölkələri tərəfindən Ukraynaya 50 milyard dollar kreditin ödənilməsi üçün istifadə olunur. Ukrayna, Polşa və Baltikyanı ölkələr uzun müddətdir ki, onların həbsində israr etsələr də, aktivlərə hələ də toxunulmayıb.