"Rusiyadan başqa hər dövlətlə ikili vətəndaşlıq mümkündür"- Ukrayna baş naziri

Ukraynanın Baş naziri Denis Şmyqal ölkədə ikili vətəndaşlığın tətbiq edilməsini dəstəkləyib, lakin Rusiya ilə belə bir praktikanı qəbuledilməz hesab edib. Bizimxeber.az xəbər verir ki, baş nazir hesab edir ki, ikili vətəndaşlıq sivil bir ölkənin əlamətidir: "Bir çox sivil ölkələrdə ikili vətəndaşlıq normadır. Təbii ki, şəxsən mənim üçün təcavüzkar ölkə ilə ikili vətəndaşlığın olması mümkün deyil". 

Şmyqalın fikrincə, xaricdə yaşayan və ölkənin həyatında və inkişafında iştirak edə biləcək bir çox ukraynalı var.