Rusiyada mədəndə yanğın, 15 yaralı

Rusiyanın Kemerovo vilayətində “Listvyajnaya” mədənində yanğın olub. 

Bizimxeber.az bildirir ki, “İnterfaks”a istinadən xəbər verir ki, mədəndə baş verən tüstülənmə nəticəsində 15 nəfər xəsarət alıb. Yaralı şəxslər xəstəxanaya çatdırılıb, onlardan ikisinin vəziyyəti ağırdır. Digərlərinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir. 

Ümumilikdə mədəndə 287 nəfər olub. Onlardan 104-nün yeri hələ ki, məlum deyil.