Rusiyada McDonalds-ın yeni adı məlum oldu

"McDonald's fast food restoranları Rusiyada "Mc" brendi altında fəaliyyətini davam etdirəcək. Bizimxeber.az bildirir ki, "M" hərfi eyni zamanda markalı olaraq qala bilər.

Məlumata görə, menyuda köklü dəyişikliklər gözlənilmir və yeməklərin adları, çox güman ki, bu şəbəkə üçün ənənəvi olanlara mümkün qədər oxşar olacaq.
“Müqaviləyə əsasən, Amerika şirkətinin bir seçimi var: bir neçə ildən sonra o, aktivlərini geri ala biləcək”, - materialda deyilir.

Martın əvvəlində "McDonald's" Korporasiyası Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyada 850 restoranı müvəqqəti bağlayıb və bazardakı bütün fəaliyyətini dayandırıb.

Baş icraçı direktor Chris Kempczynski buna səbəb kimi əsas müəssisələrin rəvan işləməsinə, obyektlərdə əsas məhsul xətlərinin saxlanmasına və qonaqların öyrəşdiyi yüksək keyfiyyət standartlarına zəmanət vermək bacarığının olmaması ilə əlaqələndirib. Buna baxmayaraq, şəbəkənin bütün 62 min rusiyalı işçisi maaş almağa davam edir.

Sonradan məlum oldu ki, McDonald's biznesini keçmiş lisenziya sahibi Aleksandr Qovora satacaq.

Müqaviləyə əsasən, o, yeni brend altında müəssisələri idarə edəcək.