Rusiyada iki tramvay toqquşdu - 90-dan çox yaralı var - Yenilənib

Rusiyanın Kemerovo şəhərində iki tramvay toqquşub.

Bizimxeber.az “Kommersant”a istinadən xəbər verir ki, hadisə nəticəsində 67 nəfər xəsarət alıb. Onlardan üçünün vəziyyəti ağırdır. Daha 10 nəfər isə ambulator müalicəyə göndərilib. 

Qəzanın səbəbi hələ ki məlum deyil.

***

Şəhərin rəhbəri Dmitri Anisimov hadisə zamanı xəsarət alanlardan birinin dünyasını dəyişdiyini açıqlayıb. 

***

Kemerovo vilayətinin səhiyyə naziri Dmitri Beqlovun sözlərinə görə, qəza zamanı 90-dan çox insan yaralanıb.