Xüsusi təyinatlılar Volqoqrad yaxınlığındakı İK-19-da dörd məhbusu məhv ediblər
Rusiya Qvardiyası xüsusi təyinatlıların Volqoqrad vilayətindəki 19 saylı koloniyaya hücumu zamanı 4 məhbusu məhv etdiyini bildirib.
Bizimxeber.az bildirir ki, bu barədə TASS idarəyə istinadən yazır.
O da qeyd edilir ki, Volqoqrad vilayətində İK-19-da əsir götürülən girovlar azad edilib.
Daha əvvəl bildirilmişdi ki, təhlükəsizlik qüvvələri koloniyaya uğurlu hücum həyata keçirib : bütün girovlar azad edilib, terrorçular zərərsizləşdirilib.
Avqustun 23-də Volqoqrad vilayətindəki 19 saylı islah koloniyasında məhbuslar girov götürüblər . Koloniya Surovikin şəhərində yerləşir.