Rusiyada Ermənistanda peyvənd istehsalına başladı

Rusiya Ermənistanda bir komponentli koronavirus əleyhinə "Sputnik Light" peyvəndinin istehsalına başlayıb. Bizimxeber.az xəbər verir ki, bu barədə TASS ölkənin İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb .

"RDIF, Liqvor əsasında Ermənistanda peyvənd istehsalı üçün texnoloji transfer prosesi təşkil edilib. "Sputnik Light"ın təsdiqləmə partiyaları keyfiyyətə nəzarət üçün NF Gamaleya Araşdırma Mərkəzinə göndəriləcək. Bu kommersiya istehsalıdır"deyə məlumtda qeyd olunur.

Dərmanın ilk partiyasının artıq hazırlandığı və Gamaleya Mərkəzinə göndərildiyi, bütün lazımi testlərdən sonra Ermənistan əhalisinin istifadəsinə veriləcəyi bildirilir.

Bu arada Ermənistanın İqtisadiyyat naziri Vahan Kerobyan Ermənistana peyvənd istehsal zəncirinin bir hissəsi olmaq imkanı verdiyinə görə Rusiyaya təşəkkür edib, onu sonuncu strateji məhsul adlandırıb.