Rusiyada çağırışçılara yaşadıqları ünvanları tərk etmək qadağan edildi

Rusiyada çağırışçılara yaşadıqları ünvanları tərk etmək qadağan edildi. 

Bizimxeber.az bildirir ki, bu barədə "Kommersant” qəzeti yazıb.

Məlumatda qeyd  olunur ki, sentyabrın 21-i saat 9:00-dan etibarən hərbi komissarlıqda qeydiyyatda olan və ehtiyatda olan sakinlərə ölkədən çıxmaq qadağandır. Hərbi komissarlığın icazəsi olmadan rayonları, şəhərləri  tərk etmək olmaz.

Daha bir məlumata görə, kənarda olan və səfərbərliyə məruz qalanlar üç gün ərzində geri qayıtmalı və ya qaldıqları yerdə qeydiyyatdan keçməlidirlər.