2025-ci ilin yanvar-fevral aylarında Rusiyada spirtli içkilərin pərakəndə satışı 23,4% azalaraq 11,776 milyon dekalitr təşkil edib.
Bizimxeber.az Rosalkogoltobakkontrol agentliyinə istinadən bildirir ki, xüsusilə araq satışı 26,3% azalaraq 7,635 milyon dl-ə düşüb. Likör və araq məhsullarının satışı 14,8%, konyakın satışı isə 18,3% azalıb.
Ümumilikdə, pivə, sidr və alkoqollu kokteyllər istisna olmaqla, Rusiyada alkoqol məhsullarının pərakəndə satışı 25,6% azalıb və 19,976 milyon dl təşkil edib.
Mütəxəssislərin fikrincə, spirtli içkilərin satışının azalmasına böyük ölçüdə qiymət artımı təsir edib.
İdxal olunan şərabın qiyməti ötən il ərzində orta hesabla 40% bahalaşıb. Xüsusilə, 2024-cü ildən idxal rüsumlarının artırıldığı “dost olmayan” ölkələrin məhsullarında qiymət artımı daha çox hiss olunur.