Rusiyada 42 yanğınsöndürən öldü

Rostov vilayətinin Proletarsk şəhərindəki neft bazasında baş verən yanğın nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb.

Bizimxeber.az bildirir ki, tibb xidmətlərinin verdiyi məlumata görə, həlak olanların hamısı yanğınsöndürənlərdir. 42 zərərçəkəndən 15-i xəstəxanaya yerləşdirilib.

Daha əvvəl bildirilib ki, 13 yanğınsöndürən Rostov vilayətindəki xəstəxanalarda müalicə olunur. 

Yanğın Ukrayna Silahlı Qüvvələrinə məxsus üç pilotsuz təyyarənin bazaya düşməsi nəticəsində başlayıb.