Rusiya yenidən “Oreşnik”lə Ukraynaya hücuma hazırlaşır - Pentaqon

Yaxın günlərdə Rusiya yeni “Oreşnik” ballistik raketi ilə yenidən Ukraynaya hücum edə bilər.

Bizimxeber.az bildirir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Sabina Sinq Vaşinqtonda keçirilən brifinqdə məlumat verib.

Pentaqonun təxminləri kəşfiyyat məlumatlarına əsaslanır. ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, Rusiyanın bu tip raketlərdən istifadə etməsi döyüş meydanındakı vəziyyəti dəyişməyəcək və yalnız itki və ziyanı artıracaq.

Pentaqonun mətbuat katibinin sözlərinə görə, Rusiya Ukraynanı qorxutmaq üçün arsenalında olan bütün silahlardan istifadə etməyə çalışır. Sabina Sinqin sözlərinə görə, ABŞ tərəfdaşları ilə birlikdə Ukraynanı dəstəkləməyə davam edəcək.