"Rusiya yaxın gələcəkdə ən böyük təhlükə olaraq qalacaq" - Berbok

Almaniyanın Federal Xarici İşlər Naziri Annalena Berbok Rusiyanın yaxın gələcəkdə Avropada təhlükəsizlik və azadlıq üçün ən böyük təhdid olaraq qalacağını bildirib və həmçinin NATO-dan Ukraynaya əlavə dəstək verməyə çağırıb.

O bu barədə Vaşinqtonda keçiriləcək NATO sammitinə həsr olunmuş Bundestaqda debat zamanı deyib.

Burbok deyib ki, Rusiya yaxın gələcəkdə Avropada təhlükəsizliyimiz və azadlığımız üçün ən böyük təhdid olaraq qalacaq”. O əlavə edib ki, Qərb azadlığı və demokratiyanı qorumaq üçün tədbirlər görməlidir.

"Biz bunu seçmədik. Biz bunu istəmədik. Almaniya bu məsələdə xüsusi məsuliyyət daşıyır və indi Rusiyaya qarşı siyasəti ilə itirilmiş etimadı bərpa edib. Büdcə danışıqları zamanı bunu israf etməməliyik", - nazir xəbərdarlıq edib.

Xatırladaq ki, iyulun 9-dan 11-dək Vaşinqtonda NATO-nun 75-ci yubiley sammiti keçiriləcək.