Rusiya XİN-dən atəşkəslə bağlı açıqlama

“Moskva İrəvan və Bakı arasında atəşkəslə bağlı əldə olunan razılaşmaya riayət olunacağına ümid edir”.

Bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirilən brifinqdə deyib. “Atəşkəslə bağlı birinci razılaşmadan sonra atışmalar oldu. Dünən yeni razılaşma əldə olundu”, - deyə Zaxarova söyləyib.

Onun sözlərinə görə, Moskva tərəfləri təmkinli olmağa, bütün problemləri siyasi-diplomatik yolla həll etməyə çağırır.