Rusiya Xarkovu bombalayır

Mayın 10-da səhər saatlarında Rusiya Xarkov vilayətində yeni hücum dalğasına başlayıb.

Bizimxeber.az bildirir ki, Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, rus qoşunları müdafiə xəttini yarmağa çalışsalar da, Xarkov uğrunda döyüşə hazır deyillər. 

Məlumatda deyilir ki, ruslar Xarkovu ələ keçirmək üçün 35 min nəfərlik qoşundan istifadə edir.

"Əgər ruslar həqiqətən də Xarkova hücum əməliyyatı planlaşdırırdılarsa, deməli, onlara ən azı 100 min insan lazımdır"-deyə məlumatda qeyd olunur.