Rusiya və Vyetnam strateji tərəfdaşlıq razlığı imzaladı

Rusiya və Vyetnam tərəfləri strateji tərəfdaşlığın daha da dərinləşdirilməsinə dair birgə bəyanat qəbul ediblər. 

Müvafiq bənd Rusiya prezidenti Vladimir Putinlə Vyetnam prezidenti To Lam arasında keçirilən görüşdə qəbul edilmiş sənədlərin siyahısında yer alıb. Danışıqlardan sonra tərəflər imzalanmış sənədləri mübadilə ediblər.

Daha əvvəl Putin Vyetnamla strateji tərəfdaşlığın gücləndirilməsinin Rusiyanın prioritetləri sırasında olduğunu bildirib. Rusiya prezidenti Vyetnama dövlət səfəri ilə gəlib Hanoyda iki ölkə liderlərinin görüş mərasimi keçirilib.