Rusiya və Qazaxıstan sərhəddində 500 yük maşını dayanıb

Güclü qar fırtınası və buzlanma səbəbindən Rusiya və Qazaxıstan sərhədində yerləşən Sırım avtomobil buraxılış məntəqəsində 500-ə yaxın yük maşını yığılıb. 

Bizimxeber.az bildirir ki, sıxlıq dekabrın 12-dən etibarən hava şəraitinin pisləşməsi ilə əlaqədar formalaşıb. Qərbi Qazaxıstan vilayəti və Samara vilayətində... güclü qar, qar fırtınası, buz,” Telegram kanalında deyilir.

Yük maşınları hələ ki, marşrut üzrə hərəkət edə bilmir və hava şəraitinin yaxşılaşmasını gözləyirlər. Rusiyada federal magistrallarda nəqliyyatın hərəkəti dekabrın 13-ü saat 22:00-dək məhdudlaşdırılacaq.

Bundan əvvəl Abxaziyanın Rusiya ilə sərhəddə naringi daşıyan ağır yük maşınlarının keçidini bərpa etdiyi bildirilirdi.