"Rusiya Ukrayna ilə danışıqlar aparmağa məcbur olacaq" - Şolz

"Rusiya Federasiyası qarşıya qoyulan məqsədlərə nail ola bilməyib".

Bizimxeber.az alman mətbuatına istinadən bildirir ki, kansler Olaf Şolz Rusiya prezidenti Putinlə telefon danışığından sonra onun niyyətində heç bir dəyişiklik görmür. O, bu barədə "T-online"a müsahibəsində danışıb.

Kanslerin sözlərinə görə, Rusiya özünü “dramatik vəziyyətə” sürükləyib.  Şolz əmindir ki, gec-tez təcavüzkar Ukrayna ilə danışıqlar aparmaağa məcbur olacaq, çünki Rusiya Ukraynada məqsədlərinin heç birinə nail ola bilməyib.

"Ukrayna tabe edilməyib, mərdlik və fədakarlıq nümayiş etdirərək özünü məharətlə müdafiə edir. NATO geri çəkilmədi, əslində Alyansın şərq cinahını gücləndirdi. Finlandiya və İsveç də qoşulanda o, daha da güclənəcək. Rusiya ordusunun özü əziyyət çəkdi. Sovet İttifaqının Əfqanıstan kampaniyasının 10 ilindən qat-qat çox əhəmiyyətli itkilər. Putin başa düşməlidir ki, bu vəziyyətdən yeganə çıxış yolu Ukrayna ilə danışıqlardır”, - Şolz bildirib.

O, rus qoşunlarının çıxarılmasını sülh müqaviləsinin şərtlərindən biri adlandırıb. Bu baş verənə qədər Rusiyaya qarşı sanksiyalar sərtləşməyə davam edəcək. “Rusiya prezidenti başa düşməlidir ki, real sülh gələnə qədər onun ölkəsinin dünya tərəqqisindən faydalana bilməsi əngəllənir".

Xatırladaq ki, Şolzla Putin arasında söhbət mayın 13-də baş tutub. Kansler bildirib ki, Rusiya prezidentinə üç əsas tezis səsləndirib.