Rusiya-Ukrayna danışıqları avqustun sonundək başlamayacaq

Rusiya ilə Ukrayna arasındakı danışıqlar avqustun sonunda yenidən başlaya bilər. 

Bunu Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamiya deyib.

“Biz planlarımızı ruslarla bölüşmək istəmirik, çünki onlar bunu açıq mənbələrdən görürlər. Əgər rus qoşunları fevralın 24-dən əvvəlki mövqelərinə qayıdarsa, Rusiya ilə minimum razılaşma əldə oluna bilər. İstanbulda təklif edilənə bənzər siyasi razılaşma haqqında da düşünə bilərik.

Məsələn, biz bir neçə il Krım məsələsinə toxunmaq fikrində deyildik”, - D.Araxamiya bildirib.