Rusiya tanklarına soyuducu çipləri taxır

ABŞ-ın tətbiq etdiyi sanksiyalar Rusiyanı bəzi hərbi texnikalarda qabyuyan və soyuducuların kompüter çiplərindən istifadə etməyə məcbur edib.

Bizimxeber.az xəbər verir ki, bu barədə ABŞ-ın ticarət naziri Cina Raymondo bildirib.

“Ukraynalılar bildirirlər ki, ələ keçirilən Rusiya hərbi texnikasında qabyuyan maşınların və soyuducuların çipləri aşkarlanır”, - o bildirib.

Raymondonun sözlərinə görə, fevralın sonunda sanksiyalar tətbiq edildikdən sonra ABŞ-ın Rusiyaya texnologiya ixracı təxminən 70% azalıb. Raymondo iki rus tank istehsalçısının komponent çatışmazlığı səbəbindən istehsalı dayandırmaq məcburiyyətində qaldığına da işarə edib.

Qeyd edək ki, yarımkeçiricilər kimi də tanınan kompüter çipləri, məişət texnikasından tutmuş döyüş təyyarələrinə qədər əksər müasir elektronikanın arxasında duran beyindir. Rusiya bu məhsulu əsasən Asiya və Qərb şirkətlərindən idxal edirdi.