Rusiyanın Suriyadakı iki strateji əhəmiyyətli hərbi obyekti və Moskvanın Yaxın Şərqdəki mövcudluğu ciddi təhlükə altına düşüb.
Bizimxeber.az xarici Kİv-lərə istinadən bildirir ki, üsyançıların sürətli irəliləyişləri Rusiyanın Yaxın Şərqdəki geosiyasi nüfuzunu və onun regionda, Aralıq dənizi boyunca və Afrikada güc nümayiş etdirmək qabiliyyətini sarsıtmaq təhlükəsi yaradıb.
Qeyd olunur ki, ən ciddi təhlükə Rusiyanın Suriyanın Latakiya əyalətindəki Hmeymim aviabazasının gələcəyidir. Tartous obyekti Rusiyanın Aralıq dənizindəki yeganə təmir və təchizat mərkəzidir və Moskva Suriyadan hərbi podratçılarını Afrikaya daxil və oradan çıxarmaq üçün hazırlıq məntəqəsi kimi istifadə edilir.