"Rusiya “Starlink”i məhv etməyə çalışır" - İlon Musk

Tesla və SpaceX -in rəhbəri İlon Mask Starlink rabitə sisteminin Ukraynadan ayrılmasına ayrınlıq gətirib. 

Bizimxeber.az bildirir ki, bu barədə o, öz Twitter səhifəsində yazıb.

“Starlink hələ də cəbhədə işləyən yeganə rabitə sistemidir. Rusiya isə fəal şəkildə "Starlink"i məhv etməyə çalışır. Onu qorumaq üçün "SpaceX" nəhəng resurslar göndərib. Buna baxmayaraq, Starlink hələ də məhv edilə bilər.

Qeyd edək ki, "SpaceX" Pentaqona bildirmişdi ki, Ukraynada Starlink peyk internet xidməti üçün bundan sonra ödəniş etməyəcək. Eyni zamanda, Musk Ukraynada rabitə şəbəkəsinə əvvəlki sərmayələrə görə kompensasiya tələb etməyib, lakin departamentdən Starlink xidmətlərini maliyyələşdirmək öhdəliyini üzərinə götürməyi xahiş edib.