Rusiya Skandinaviya ölkələrində fəal casusluqla məşğuldur

Rusiya Skandinaviya ölkələrində fəal şəkildə casusluqla məşğuldur.

Bizimxeber.az bildirir ki, bu barədə Finlandiyanın təhlükəsizlik polisi SUPO bildirib.Bir gün əvvəl İsveç təhlükəsizlik polisi İsveçə və başqa bir dövlətə qarşı qeyri-qanuni kəşfiyyat fəaliyyətində şübhəli bilinən rusiyalı cütlüyü saxlayıb. SUPO Finlandiyanın iştirak edib-etməməsi ilə bağlı şərh vermir.

Təhlükəsizlik polisinin məlumatına görə, Finlandiyada casusluğun qarşısı əsasən cinayətə çevrilməmişdən əvvəl alınır.  Rusiya, məsələn, Finlandiyanın xarici siyasəti və təhlükəsizlik siyasəti ilə bağlı məxfi məlumatlar əldə etməyə çalışır.

"Casusluqda təqsirli bilinən insanlar ölkədən deportasiya edilə bilər", - Kivimaki deyib.