Rusiya səfirliyi: “Telman İsmayılovun həbsini KİV-lərdən eşitmişik”

Rusiyanın Monteneqrodakı səfirliyi hələki ölkədə “Rosalkoqolrequlirovaniye”-nin keçmiş başçısı İqor Çuyan və “Çerkiz” bazarının sabiq rəhbəri Telman İsmayılovun saxlanılması ilə bağlı rəsmi məlumat almayıb. Bu barədə Rusiya KİV-ləri diplomatik missiyaya istinadən məlumat yayıb.

Səfirlik nümayəndəsinin sözlərinə görə, bu barədə, təbii ki, səfirliyə rəsmi xəbər verilməli, Monteneqro hakimiyyəti tərəfindən müvafiq məlumat verilməlidir. «Onlardan rəsmi məlumat gözləyirik. Hələlik yalnız KİV-lərdən eşitmişik. Sizin kimi, biz də bu barədə qəzetlərdən oxumuşuq», – səfirlik nümayəndəsi deyib.

Telman İsmayılovun vəkili Marina Rusakova deyib ki, noyabrın 12-də Podqoritsa məhkəməsi iş adamının ona siyasi sığınacaq verilməsi haqda ərizəsinə baxacaq.