Rusiya S400-lərindən sonra ABŞ Hindistana F35 satacaq

ABŞ Hindistana beşinci nəsil F-35 qırıcıları satmaq niyyətindədir.

Bizimxeber.az bildirir ki, bu barədə Donald Tramp Baş nazir Narendra Modi ilə danışıqların yekunu zamanı bildirib. 

Vaşinqton Hindistandan Amerika silahlarının alışını “çox milyardlarla” dollar artıracağını gözləyir: "Bu ildən başlayaraq biz Hindistana hərbi satışlarımızı milyardlarla dollar artıracağıq və F-35 qırıcılarının təhvil verilməsinə yol açacağıq", - Amerika lideri bildirib.

Maraqlıdır ki, Hindistan ənənəvi olaraq döyüş təyyarələrindən tutmuş gəmi əleyhinə raketlərə qədər dünyada Rusiya silahlarının ən böyük alıcılarından biri olub.

Hindistan həmçinin sovet istehsalı olan yeganə təyyarədaşıyan gəmiyə malikdir. Bundan əvvəl Nyu Dehli Moskvadan S-400 zenit-raket kompleksləri alıb.

Buna baxmayaraq, Moskvadan eyni S-400-ləri almaq üçün F-35 istehsal və təchizat proqramından kənarda qalan Türkiyədən fərqli olaraq, ABŞ CAATSA (Amerikanın Düşmənlərinə Sanksiyalar Yoluyla Mübarizə Aktı) çərçivəsində Hindistana qarşı sanksiyalar tətbiq etməyib.

Vaşinqtonun Yeni Dehliyə sədaqəti Hindistanın Cənub-Şərqi Asiyada Çinə qarşı mübarizədə strateji əhəmiyyətindən irəli gəlir.

Xatırladaq ki, bu günlərdə Hindistanda baş tutan böyük beynəlxalq hava sərgisində tarixdə ilk dəfə həm F-35, həm də Yeni Dehlidə alınması nəzərdə tutulan Rusiyanın beşinci nəsil Su-57 təyyarələri birlikdə təqdim edilib.