Rusiya qələt edir, vəssalam - Aqil Abbas

Paşinyan Soçidə Rusiya sülhməramlı kontingentinin mandatının uzadılması ilə bağlı sənədi imzalamağa hazır olduğunu deyib. Deyir də, ağzına gələni danışır. İnanmıram ki, bizim Prezidentimiz belə bir sənədə imza atsın.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

Deputat Xankəndində keçirilən aksiyada ermənilərin Azərbaycanın tərkibində yaşamaq istəməmələri barədə səsləndirdikləri etirazlara belə münasibət bildirib: “İstəmirlər, rədd olub gedəcəklər. Onları tutub saxlayacağıq?”.

A.Abbas həmçinin Rusiyanın saxta referendum yolu ilə Xankəndini nəzarət altına almaq istəməsi barədə iddialara da cavab verib: “Rusiya qələt edir, vəssalam”.