Rusiya qaz kəmərinə planlaşdırılan terror aktının qarşısını aldı - VİDEO

Rusiyanın Federal Təhlükəsizlik Xidməti Ukrayna xüsusi xidmət orqanlarının Türkiyə və Avropanı enerji ilə təmin edən neft-qaz kompleksində təxribat və terror aktı törətmək cəhdinin qarşısını alıb.

Bizimxeber.az bildirir ki, həmçinin Ukrayna xüsusi xidmət orqanlarının dörd ortağı, Rusiya vətəndaşları və təxribata hazırlıq görən diğər şəxslər də saxlanılıb”. 

FTX terrorçuların kimliyini açıqlamır. 

FTX  həmçinin avqust ayında da neft-qaz kompleksi obyektində terror aktının qarşısının alınması barədə məlumat verib.

Terror planaşdırılan qaz kəməri vasitəsi ilə Türkiyə və Avropaya qaz nəql edilir.