Rusiya Qara dənizdə taxıl daşıyan gəmilərin yoxlanmasını bərpa edib

İstanbuldakı Birgə Koordinasiya Mərkəzindəki (JCC) Rusiya nümayəndə heyəti Rusiyanın taxıl müqaviləsində iştirakını bərpa etdikdən sonra Qara dənizdə gəmilərin yoxlanılmasına yenidən qoşulub. Bu barədə SKC nümayəndələri bildiriblər.

“Bu gün Rusiya nümayəndə heyəti SKC-də işini bərpa edib və [taxıllı] gəmilərin yoxlanılmasına qoşulub”, - məlumatda deyilir.