Ukraynanın paytaxtı Kiyevə pilotsuz təyyarənin hücumu nəticəsində azı 4 nəfər yaralanıb.
Bizimxeber.az bildirir ki, Rusiya pilotsuz təyyarələrinin növbəti hücumu səbəbindən hava hücumundan müdafiə sisteminin işə salınması ilə bağlı ilk xəbəri Kiyev meri Vitali Kliçko yerli vaxtla gecə saat ikidən sonra sosial şəbəkələrdə yayıb.
Kliçko bildirib ki, Rusiya pilotsuz təyyarələrinin fraqmentləri Kiyevin Solomenski rayonunda yaşayış binası və ticarət mərkəzində yanğına səbəb olub. Qaz xətti zədələnib.
Kliçkonun sözlərinə görə, dörd yaralıdan biri xəstəxanaya çatdırılıb, digərlərinə isə yerindəcə tibbi yardım göstərilib.