Rusiya Prezidenti sammitdə iştirak etməyəcək - SƏBƏB

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın təşkilatçılığı ilə koronavirus pandemiyası ilə mübarizəyə dair keçiriləcək qlobal sammitə qatılmayacaq.

Bizimxebe.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, V.Putinin həmin zirvə görüşündə iştirak etməklə bağlı planı yoxdur: "Rusiyanın tədbirdə iştirakı diplomatik kanallarla müəyyən ediləcək".

Qeyd edək ki, sentyabrın 22-də ABŞ-ın sədrliyi ilə koronavirus pandemiyası ilə mübarizəyə dair qlobal sammit keçiriləcək.