Rusiya ordusuna qoşulmuş Lənkəran sakini həlak oldu

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub. 

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

Bildirilib ki, Lənkəranın Mamusta kəndindən olan, Rusiya ordusunun sırasında müharibədə iştirak edən 1984-cü il təvəllüdlü Hüseynov Şahmar Ataman oğlu həlak olub.

Mərhumun cənazəsi bu gün Mamusta kəndinə gətirilərək dəfn ediləcək.