Rusiya ordusu Ukrayna ərazisini yenidən raket atəşinə tutub.
Bizimxeber.az Ukrayna mediasına istinadən xəbər verir ki, ölkənin Nikolayev, Kiyev, Dnepropetsovsk və Xerson vilayətlərində partlayışlar baş verib.
Ölkənin bütün ərazisində hava hücumu təhlükəsi elan edilib. Bununla yanaşı, Odessa və Vinnitsa şəhərlərində də partlayışlar qeydə alınıb.