Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının yeddinci ayında təcavüzkar ölkə tərəfindən taxıl daşınması 22% azalıb.
Bizimxeber.az bildirir ki, bu barədə Bloomberg məlumat yayıb.
Logistic OS-dən verilən məlumatlara görə, iyul və avqust aylarında Rusiyadan daşınmalar, yeni mövsümün ilk iki ayında, bir il əvvəllə müqayisədə 22% azalaraq 6,3 milyon tona düşüb. Ərzaq Qərbin sanksiyalarından azad edilib, lakin bankirlər və sığortaçılar Rusiya ilə iş görməkdən, gəmiçilik şirkətləri isə gəmilərini müharibə zonasına göndərməkdən çəkinirlər.
Bundan əlavə, Rusiya Qara dənizi üçün gəmi tapmaqda problemlər var və bəzi banklar Rusiya mənşəli buğda üçün akkreditiv açmaqdan çəkinirlər. Həmçinin bildirilir ki, sığortaçılar Rusiya taxılından hədsiz ehtiyat edirlər.