"Rusiya nüvə atsa NATO qoşunları Ukraynaya girəcək" - QƏRAR VERİLDİ

Rusiya nüvə silahından istifadə edərsə, NATO qüvvələri Ukraynada istifadə oluna bilər. 

Bizimxeber.az bildirir ki, bu barədə Polşanın xarici işlər naziri Zbiqnev Rau deyib.

“Belə bir vəziyyətdə NATO ölkələrinin cavabı yəqin ki, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın təqdim etdiyi kimi olacaq. Yəni Ukrayna ərazisində adi cavabdan ibarət olacaq”, - o deyib.

Rau qeyd edib ki, bu, həm də NATO qüvvələrinin birbaşa Ukraynaya yerləşdirilməsi anlamına gələ bilər. Sallivanın məhz belə bir tədbiri nəzərdə tutduğunu istisna etmək olmaz: "Ancaq onu da qeyd etmək lazımdır ki, bu, zəruri prosedur olmayacaq, çünki adi silahlardan, məsələn, təyyarələr və ya müvafiq raketlərin buraxılması Ukrayna ərazisindən deyil, istifadə oluna bilərdi.”

Bundan əvvəl Sallivan Rusiyanı nüvə silahından istifadə ediləcəyi təqdirdə cavab verəcəkləri ilə hədələyib: "Nəticələr fəlakətli olacaq. ABŞ nüvə ritorikasını ciddi qəbul edir, lakin bu, Amerika hakimiyyətini Ukraynaya hərbi yardımdan imtina etməyə məcbur etməyəcək".