Uzun illərdir dünyadakı müharibələrə, münaqişələrə neytral mövqe sərgiləyən İsveçrə əhalisi ilk dəfə NATO-ya üzv olmağın vacibliyini elan edib.
Bizimxeber.az xarici KİV-lərə istinadən bildirir ki, keçirilən rəy sorğularında insanlar NATO-ya üzvlüyün vacibliyini önə çəkiblər.
Rusiyanın Ukraynaya hücumunu isveçrəliləri narahat edib.
Ölkənin NATO ilə yaxınlaşmasını istəyən insanların yanvar ayında yüzdə 55, bir il əvvəlkindən 10 faiz çox bəyənib. 53 faiz də neytrallığın İsveçrənin hərbi müdafiəsini NATO ilə birlikdə planlaşdırmağa imkan verəcəyi qənaətindədir.
Sorğuda iştirak edənlərin üçdə ikisi NATO-ya qoşulmağa qarşı çıxıb.