Rusiya neftinin ixracı 50% azaldı - Sanksiyalar işə düşür

Rusiya neftinin qiymətinə sanksiyalar və məhdudiyyətlərin tətbiq olunduğu ilk həftə ərzində ixrac 54% azalıb. Belə kəskin eniş Rusiyanın neft tədarükü proqramlarının pozulmasından narahat olan bəzi ölkələrin hökumətlərini təşvişə salıb.

Bizimxeber.az "Bloomberg"ə istinadən bildirir ki, Rusiya neftinin ixracı yarıdan çox azalıb.

Nəşrin məlumatına görə, Rusiyadan neft ixracının ümumi həcmi sutkada 1,86 milyon barrelə düşüb. Hazırda onlar təxminən 1,6 milyon barel səviyyəsindədir. İxracın kəskin azalmasının səbəblərindən biri Baltik dənizindəki limanda texniki işlərdir.

Rusiya nefti ilə tankerlərin daşınması orada həftədə üçə endirildi, halbuki əvvəllər belə bir müddətdə səkkiz tanker göndərilirdi. Həmçinin qeyd edilir ki, rusların öz neftlərini daşımaq üçün kifayət qədər gəmiləri yoxdur.

Nəşrin məlumatına görə, Rusiyanın Uzaq Şərqində yerləşən Kozmino neftdoldurma limanında həftə ərzində cəmi iki tankerə neft yüklənib. Qəzet əlavə edir ki, ən azı iki iri tanker sahibi neftin həddi aşan qiymətə satıldığı üçün gəmilərini marşrutdan çıxarıb.