Rusiya NATO ölkələrinə hücum edəcək?

Hazırda Rusiyanın Polşa və ya Baltikyanı ölkələr də daxil olmaqla, NATO müttəfiqlərindən hər hansı birinə hərbi hücum ehtimalı azdır”.

Bizimxeber.az TASS-a istinadən xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin rəhbəri Rob Bauer müsahibəsində bildirib. 

O, eyni zamanda, alyansın istənilən ssenariyə hazır olduğunu bildirib. Bu məqsədlə, NATO şərq cinahında döyüşə hazır qüvvələr yerləşdirib. 

Onun sözlərinə görə, ümumilikdə alyans dövlətlərinin 500 min hərbi qulluqçusu yüksək döyüş hazırlığı vəziyyətindədir.