"Ukrayna Rusiyanın paytaxtına səkkiz pilotsuz uçuş aparatı ilə hücum edib, bütün pilotsuz təyyarələr vurulub".
Bizimxeber.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Bu gün səhər saatlarında Kiyev Moskva şəhərindəki obyektlərə pilotsuz uçuş aparatları ilə terror hücumu həyata keçirib. Hücuma 8 təyyarə tipli pilotsuz uçuş aparatı cəlb edilib. Düşmənin bütün pilotsuz uçuş aparatları vurulub", - nazirliyin bəyanatında deyilir.
Nazirlik əlavə edib ki, bu pilotsuz uçan aparatlardan üçü elektron döyüş vasitəsi ilə məhv edilib, idarəetməni itirərək nəzərdə tutulan hədəflərdən yayınıb, daha beş pilotsuz uçuş aparatı isə Moskva vilayətində “Pantsir-S” zenit-raket və silah sistemi tərəfindən vurulub.