"2022-ci ilin yazında İstanbulda Rusiya ilə danışıqların pozulması Kiyev hakimiyyətinin güzəştə getmək istəməməsi ilə bağlı idi".
Bizimxeber.az bildirir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.
Onun sözlərinə görə, Rusiya tərəfi onun müxalif siyasətçi Viktor Medvedçukun əvəzlənməsini təklif edib: "Onlar təklif etdilər ki, istefa verim, bundan sonra mənim yerimə rusiyapərəst Medvedçuk təyin olunacaq. Belə olan halda mən artıq prezident olmayacaqdım ”, – Zelenski deyib.