Rusiya Luqansa elit tank diviziyası yerləşdirib

Rusiya 1- ci Qvardiya Tank Ordusunu yenidən Luqansk vilayətinə yerləşdirib. Bu 2022-ci ilin sentyabrında Xarkov vilayətindən geri çəkilən tank diviziyasıdır. 

"Bizimxeber.az" Böyük Britaniyanın kəşfiyyat məlumatlarına istinadən bildirir ki, elit tank ordusu Svatovo çayı boyunca yerləşdirilib.

Analitiklərin fikrincə, hazırda səfərbər edilmiş ehtiyat qüvvələri tərəfindən qismən gücləndirilib.