Rusiya İzyumda əcnəbi muzdluları İsgəndər raketi ilə vurdu

Rusiya ordusu İzyumda əcnəbi muzdluları İsgəndər raket zərbəsi ilə vurub.

Bizimxeber.az bildirir ki, bu barədə "Military Chronicle" Telegram kanalı yazıb. Mənbənin məlumatına görə, zərərçəkənlər çexlər, isveçlilər, norveçlilər, Sloveniya və Rumıniyadan olanlar olub.

Rusiya Müdafiə Nazirliyi bu məlumatı şərh etməyib.

Hücuma məruz qalan əcnəbi muzdlular  “humanitar” minatəmizləmə ilə məşğul olan mütəxəssislər kimi siyahıya alınıb. Lakin reallıqda Ukrayna Silahlı Qüvvələri onlardan bəzi körpüləri və infrastruktur obyektlərini minalamaq üçün istifadə edib. Zərbə nəticəsində Rusiya Silahlı Qüvvələri də xeyli sayda ukraynalı hərbçini məhv edib.