Rusiya işğal etdiyi Mariupolda 12 yeni binanın inşasına başladı -VİDEO

Rusiya Müdafiə Nazirliyinin tabeliyində olan mühəndis qoşunları Mariupolda çoxmənzilli binaların tikintisinə başlayıb.

Bizimxeber.az RUPTLY tərəfindən yayılan kadrlara istinadən bildsirir ki, Mariupolda tikinti meydançasında istehkamçıların partlamamış hərbi sursatları RPG və lüləaltı qumbaraatandan təmizlədiyi görünür.

Qeyd olunur ki, hazırda inşaatçılar 1011 mənzillik 12 beşmərtəbəli evin təməlini qoyurlar.

Rusiya Müdafiə Nazirliyinin hərbi tikinti kompleksinin nümayəndəsi Maksim Aparinov bildirib ki, tikintinin 2022-ci il noyabrın 1-dək başa çatdırılması planlaşdırılır.