Fevralın 5-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ilk dəfə olaraq Kremlin ABŞ prezidenti Donald Trampın yeni administrasiyası ilə təmaslarını açıq şəkildə etiraf edib.
Bizimxeber.az bildirir ki, bu barədə "The Moscow Times" məlumat yayıb.
Brifinqdə Peskov jurnalistlərə deyib ki, Tramp administrasiyası ilə qarşılıqlı əlaqə ayrı-ayrı departamentlər xətti üzrə baş verib: "Əlaqələr həqiqətən də mövcuddur və onlar son vaxtlar intensivləşib. Amma mən sizə başqa təfərrüatları deyə bilmərəm", - o əlavə edib.
Qeyd edək ki, bu, Kremldən ABŞ-ın yeni prezidentinin komandası ilə təmasların ilk ictimai təsdiqidir.