Rusiya ilin sonuna qədər “Sarmat”ı istifadəyə verir

Rusiya Silahlı Qüvvələri ilin sonuna qədər “Sarmat” qitələrarası ballistik raketi ilə təmi ediləcək. 

Bizimxeber.az bildirir ki, bu barədə “Army Standard” nəşrinə istinadən “Rossiyskaya qazeta” məlumat yayıb.

Nəşr qeyd edir ki, bu raket sistemi ABŞ və NATO -nun bütün anti-raket bazarını öldürüb.

Raketimizin unikallığı onun misilsiz uçuş performansında, elmi-texniki həllərdə və müasir texnologiyalardadır. Xüsusilə, Sarmatın kütləsi və ölçüləri Qərb analoqlarından beş dəfə yüksəkdir. 

Qeyd olunur ki, “Sarmat” dünyanın istənilən nöqtəsində, demək olar ki, onlara yaxınlaşan istənilən istiqamətdən hədəfləri vura bilir. Məsafəsi qeyri-rəsmi məlumatlara görə 15-18 min kilometr qiymətləndirilir.