Rusiya ilin əvvəlindən 90 min əsgər itirib

2025-ci ilin əvvəlindən bəri Rusiya ordusunun Ukraynadakı itkiləri artıq 90 min əsgəri keçib.

Bizimxeber.az bildirir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin mətbuat xidmətinin dərc etdiyi Britaniya kəşfiyyatının icmalında deyilir .

Ukraynanın işğalından sonra Rusiya, ehtimal ki, ölən və yaralanan təxminən 875.000 əsgərini itirib. 

2025-ci ilin fevralında Rusiya itkilərinin ümumi sayı 35 140 nəfər olub ki, bu da yanvar ayı ilə müqayisədə təxminən 13 min nəfər azdır.

Kəşfiyyat Rusiya işğalçı ordusunun qeydə alınan itkilərinin sayının azalmasını Rusiya əməliyyatlarının və hücum hərəkətlərinin sürətinin azalması ilə əlaqələndirir.

“2025-ci ilin mart ayında piyadaların hücumlarının bir neçə cəbhədə davam edəcəyini fərz etsək, rusların itkiləri gündə orta hesabla 1000-ə yaxın olacaq”, - icmalda deyilir.