Rusiya ilə Ukrayna arasında 100 məhbus dəyişdirilib

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsində Rusiya 50, Ukrayna isə 50 əsgərini azad edib.

Ötən gün iki ölkə arasında ümumilikdə 70 əsgər dəyişdirilib.

Baş verən əsir mübadiləsi ilə bağlı  açıqlama verən Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak, "Bu gün 2-si zabit olmaqla 50 Ukrayna əsgərini rus əsirliyindən azad edə bildik. Onlardan 20-si Milli Qvardiya, 12-si Hərbi Dəniz Qüvvələri, 10-u isə Ukrayna Silahlı Qüvvələrindəndir"- dedi.