“Rusiya ilə münaqişəyə girmək istəmirik” - Ağ Ev

“Rusiya ilə münaqişəyə girmək istəmirik, digər tərəfdən isə Ukraynanı dəstəkləməyə davam edəcəyik”.

Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

O, ABŞ-nin Rusiya ilə münaqişəyə girmək istəmədiyini qeyd edib.

Həmçinin, ölkəsinin Ukraynanı dəstəkləməyə davam edəcəyini də vurğulayıb.