"Rusiya ilə danışıqlar aparmağın yolu döyüşməkdir" - Podolyak

Rusiya ilə danışıqda Ukraynanın danışıqlar mövqeyinə 4 komponent daxil edilməlidir - bunların hamısı silahlara, döyüşə aiddir.

Bu barədə Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak Twitter-də yazıb.

Rusiya ilə danışmaq üçün düzgün danışıqlar mövqeyinə malik olmaq lazımdır. O, dörd sadə komponentdən ibarətdir:

1. Rusiya logistikasını məhv etmək üçün uzun mənzilli artilleriya -  MLRS və ATACMS.

2. Şəhərləri qorumaq üçün hava hücumundan müdafiə sistemləri

3. Hücumlar etmək, pilotsuz təyyarələr

4. Əks-hücumlar üçün zirehli maşınlar əldə etmək"- deyə o yazıb.

Bizimxeber.az bildirir ki, Ukrayna hazırda Rusiya ilə faktiki olaraq sülh danışıqları aparmır. Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak deyib ki, Rusiya Federasiyası ilə danışıqların bərpası üçün hələlik heç bir əsas yoxdur.

Xarici işlər naziri Dmitri Kuleba hesab edir ki, Rusiyanın sülh danışıqları ilə bağlı istənilən bəyanatı işğalçıların “tüstü pərdəsi”dir, onlar əslində yalnız müharibə məqsədi daşıyır.

Prezident Vladimir Zelenski əmindir ki, Kremlin danışıqlara hazır olması ilə bağlı bəyanatları doğru deyil, çünki eyni zamanda Rusiya ehtiyatlarını Ukraynanın cənubuna ötürür.