Rusiya hərbi texnikasını Suriyadan çıxarır?

Rusiyanın “Sparta” yük gəmisi yeni peyk görüntülərinə əsasən Suriyanın Tartus limanını tərk edib.

Bizimxeber.az bildirir ki, “Azadlıq” radiosunun Rusiya xidmətinin məlumatına görə, gəmi Suriyada qalan Rusiya ordusu hissələrinə məxsus texnika və hərbi yükləri özü ilə aparıb.

Bundan az əvvəl Rusiya Müdafiə Nazirliyinə bağlı “Oboronlogistik” şirkətinin “Sparta II” gəmisi Tartus limanını tərk edib. O, Suriya ilə bağlı bütün Rusiya hərbi texnikasını da özü ilə aparıb. 

Rusiyanın Suriyada iki hərbi bazası var: Latakiya limanı yaxınlığındakı Xmeymim aviabazası və Aralıq dənizi sahilindəki Tartusdakı hərbi dəniz bazası. 2017-ci ildə Moskva ilə Dəməşq arasında Rusiya hərbçilərinin 49 il müddətinə orada olması haqqında saziş imzalanıb.